Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu

9-05-2025, 17:14           
Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu
2024-cü il Paris Olimpiadasının gümüş mükafatçısı, Fici reqbiçisi Kosaya Raisuke 31 yaşında Fransada yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Faciəli hadisə Raisukenin məşqə gedərkən avtomobilinin dəmiryolu xəttində qatarla toqquşması nəticəsində baş verib.

Qeyd edək ki, Kosaya karyerasına Avropa klublarında başlayıb. O, Ficinin reqbi-7 yığmasının tərkibində 2024-cü il Paris Olimpiya Oyunlarında gümüş medal qazanıb. Finalda Fici reqbiçiləri Fransa yığmasına 7:28 hesabı ilə məğlub olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru