Sosial Müdafiə Fondunda qanunsuzluqlar- Şikayət

15-05-2015, 09:57           
Sosial Müdafiə Fondunda qanunsuzluqlar- Şikayət
DSMF –nin Şəki şöbəsindən şikayət edən Kiçik Dəhnə kənd sakini İlkin Süleymanovun problemi həll olunmaq əvəzinə, o şikayətçi olduğu şəxslər tərəfindən məhkəmə ilə hədələnir. Şikayətçi bildirir ki, yazı saytda dərc olunduqdan sonra, kəndimizin icra nümayəndəsi mənimlə görüşərək fonda gedəcəyimizi bildirdi:

"Mən etiraz edərək bildirdim ki, bizimlə atam da getsin. İcra nümayəndəsi etiraz etmədi. Biz DSMF – nin Şəki şöbəsində olduq. Orada mənə bildirdilər ki, ya imtina ərizəsi yazmalısan, ya da səni məhkəməyə verəcəyik. Mən isə, heç bir ərizə yazmadım.

Mənə bildirdilər ki, sənin bu problemini yazan adamın kim olduğunu bilirik və onu da həbs etdirəcəyik. Onlar bizə bu sözləri dedikdən sonra çıxıb getdilər. Biz atamla evə qayıtdıq. Problemim isə, elə də qaldı".

Əlavə məlumat veriləcək. Bizi izləyin. \\ tezadlar.az \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.