Yeni qəbiristanlıqların yaradılması müzakirə edilir

25-02-2023, 12:04           
Yeni qəbiristanlıqların yaradılması müzakirə edilir
Bələdiyyələrin ərazilərində nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, gələcəkdə bunlar öz həllini tapa bilər.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin fevralın 24-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov həmçinin bələdiyyələrin iclaslarının onlayn formada keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul edilməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formatda edə bilsin. \\Trend












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.