Qayda pozuntusundan 2 il sonra cərimə gələrsə nə etməli? - Video

11-06-2016, 10:54           

Paytaxt Bakıda sürücülərdən birinin başına qəribə hadisə gəlib. Belə ki, o 2 il əvvəl qayda pozsa da, elektron kabinetinə ödəyəcəyi cərimə ilə bağlı məlumat bu yaxınlarda gəlib. Ona görə də sürücü çaşqınlıq içərisindədir.

Nəzər Sadıxov adlı vətəndaş elektron kabinetinə gələn protokoldan narahatdır. O üstündən iki il keçmiş qayda pozuntusuna görə cərimə ödəməli olub-olmadığını bilmir. Bu məsələ baş verən qayda pozuntuları haqqında tərtib edilən protokolların mərkəzi informasıya sistemi, eləcə də sürücülərin elektron kabinetinə daxil edilməsi müddətini gündəmə gətirir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,bu bir başa məlumatı sistemə daxil edən polis operatorlarının məsuliyyətsizliyindən qaynaqlanır. Ekspertin sözlərinə görə istər köhnə, istərsə də yeni inzibati xətalar məcəlləsində tərtib edilmiş protokollara xitam verilməsi müddəti açıq aydın göstərilib

Məsələyə münasibət bildirən baş dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, həmin sürücü ilə bağlı bazada olan məlumatlar asan ödəniş sisteminə də əlavə edilib. Amma inzibati xətaya görə məsuliyyətəə cəlb etmə müddəti bitdiyinə görə sürücü cərimə ödəməməlidir.(Xezerxeber.com)
[media=https://www.youtube.com/watch?v=y2ymJXdqunI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.