Nazirlik nümayəndəsi: “5 yaşlı uşaq I sinfə gedə bilməz”

27-04-2023, 12:05           
Nazirlik nümayəndəsi:
“5 yaşlı uşaq I sinfə gedə bilməz. Onlar məktəbəhazırlıq qruplara qəbul ola bilərlər və prosesə avqust ayında başlayacaq”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda deyib.

Nazirlik rəsmisi bildirib ki, məktəbəhazırlıq qrupuna cəlb edilən uşaq təhsilini elə həmin məktəbdə davam etdirərsə, sistem özü həmin valideynin övladını avtomatik qeydiyyata salır.

Qeyd edək ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru