"Magistral yolun üstü sanki Stalinqrad döyüşünə oxşayır" - RÜFƏT QULİYEV
2-05-2023, 12:42
"Lənkəranın Sütəmurdov kəndində magistral yolun üstü sanki Stalinqrad döyüşünə oxşayır. Burada hər ay insan tələfatı olur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rüfət Quliyev deyib.
Deputat sözlərinə belə davam edib: "Dəfələrlə müraciət etmişəm ki, ora radarlar qoyulsun. Burada maşınlar çox yüksək sürətlə hərəkət edir. İki ay bunan öncə 2 balaca uşaq da həmin yolda qəzaya uğrayıb və ikisi də reanimasiyadadır. 8 aydır müraciət edirəm ki, yola radar qoyulsun. Əgər radar qoyumasa, bu yolda yenidən insan tələfatı baş verəcək".