Cavanşir Feyziyevə İngiltərədəki məhkəmə yetmədi: İndi də Bakıda... - Xırda məsələdir, amma başlanğıc ola bilər...

3-05-2023, 09:25           
Cavanşir Feyziyevə İngiltərədəki məhkəmə yetmədi: İndi də Bakıda... -
Bir müddət adı London məhkəməsində qalmaqalda hallandırılan deputat Cavanşir Feyziyev dəfələrlə yerli KİV-lərdə "Avromed" şirkətinin artıq ona aid olmadığına israr etsə də, həm Böyük Britaniyadakı hüquqi araşdırmalar və həm də şirkətdə çalışanların mətbuata sızdırdığı informasiyalar deputatın təkzibini TƏKZİB ETMƏKDƏDİR... Yəni şirkət elə indi də Cavanşir müəllim tərəfindən idarə olunmaqdadır... Sadəcə müəyyən "redaktə"lərlə...

Mövzumuz isə bu deyil. DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, “Avromed Company” QSC barəsində gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

DİA.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun icraatındadır.

Yəni görünəni odur ki, deputatın şirkəti Azərbaycanda da dinc oturmur, xırda da olsa, barəsində hüquqi araşdırma aparılır... Amma daha dərindən araşdırmalar aparılarsa... nələrin ortaya çıxacağını təxmin etmək də o qədər çətin deyil...

Məsələ ilə bağlı deputatımızın da fikirlərinə yer ayırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.