"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manata yaxınlaşıb - BU NƏDİ BELƏ?

19-06-2023, 09:54           
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manata yaxınlaşıb - BU NƏDİ BELƏ?
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci ili 8,688 milyon manat zərərlə başa vurub.

TEREF.AZ-ın bildirdiyinə görə, “Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 37 % çoxdur.

Son nəticədə dövlət şirkətinin yığılmış zərəri 9,8 % artaraq 97,177 milyon manata çatıb.

Ötən il "Şahdağ Turizm Mərkəzi"nin birja əməliyyatlarından gəlirləri 9,608 milyon manat (əvvəlki ilə nisbətən 56,3 % çox), qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 12,077 milyon manat (13,6 % az), sair gəlirləri 0,784 milyon manat (38,4 % az), satışının maya dəyəri 12,044 milyon manat (16,9 % çox), inzibati xərcləri 16,299 milyon manat (11,2 % çox), maliyyə xərcləri 153 min manat (8,1 dəfə çox), gəlirdən çıxılan vergilər üzrə xərcləri isə 2,66 milyon manat (4,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 302,204 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 37,3 % azalaraq 1,874 milyon manata, balans kapitalı isə 2,8 % azalaraq 300,33 milyon manata düşüb.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 397,507 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru