Bakıda piyadaların hərəkətinə əngəl törədən keçid: “Qurumlar məsuliyyətsiz yanaşırlar” - VİDEO

19-06-2023, 11:17           
Bakıda piyadaların hərəkətinə əngəl törədən keçid:
Xətai rayonu Əhmədli qəsəbəsində sakinlər paytaxtda inşa edilən piyada keçidlərində liftlərin işləməməsindən narazıdırlar.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, bu səbəbdən sakinlər yolu təhlükəli şəkildə keçməyə məcbur qalırlar.

Belə ki, sözügedən ərazidəki “Ukrayna dairəsi”ndə piyadalar üçün inşa edilən yerüstü keçid hündürdür:
“Yaşlı insanlar, uşaq arabası ilə gəzən xanımlar bu keçiddən istifadə edə bilmirlər, o pilləkənləri çıxa bilmirlər. Lift qoyulub, amma o da işləmir. Məsələ ilə bağlı aidiyyəti qurumlar məsuliyyətsiz yanaşırlar. İnsanlar avtomobillərin yüksək sürətlə hərəkət etdiyi avtomobil yolunu keçmək üçün həyatlarını təhlükəyə atırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru