Bağça tərbiyəçisindən uşağa qarşı ŞİDDƏT - VİDEO

19-06-2023, 13:10           
Bağça tərbiyəçisindən uşağa qarşı ŞİDDƏT - VİDEO
Azərbaycanda uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar və şiddət göstərilib.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bağça tərbiyəçisi Cəmilə adlı azyaşlıya əmrinə tabe olmadığı üçün qışqırıb və fiziki təzyiq göstərib. Üstəlik onun valideynlərini digər azyaşlıların gözü önündə qeyri-etik ifadələrlə söyüb.

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub. Görüntünün hansı bağçada çəkildiyi məlum deyil.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru