Bakıda yanan binada istifadə edilən üzlüyün istehsalçısı axtarılır
19-05-2015, 16:26
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Xidməti bu gün Bakıda yanan binada istifadə edilən üzlüyün istehsalçısını müəyyənləşdirir. Bunu Trend-ə Dövlət Komitəsindən deyiblər.
Komitədən bildiriblər ki, ilk növbədə, üzlüyün Azərbaycanda istehsal olunmasını və ya idxal edildiyini araşdırmaq lazımdır: “Bunu müəyyənləşdirdikdən sonra üzlüyü istehsal edən və idxal edən şirkətdə monitorinq aparılacaq. Belə yoxlamalar artıq bu ilin aprelində aparılıb”. Dövlət Komitəsindən qeyd ediblər ki, penopolistiroldan hazırlanmış dekorativ üzlüyün istehsalı ilə məşğul olan iki müəssisədə aparılmış monitorinqin nəticələri üzrə müəyyən çatışmazlıqlar aşkarlanıb: “Bununla əlaqədar onların fəaliyyəti dayandırılıb. Müəssisələrdən biri “M.N.F.” MMC-nin adına qeydiyyata alınıb, digəri isə fiziki şəxsə məxsus olub. Düzdür, hazırda yanan binadakı üzlüyün həmin müəssisələr tərəfindən istehsal edilməsini demək olmaz”.
Qeyd edək ki, Bakının Azadlıq prospektində 16 mərtəbəli binada güclü yanğın baş verib. Yanğın zamanı ölənlərin sayı 16 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdir.
Görəsən bu üzlükləri istehsal edəni niyə axtarırlar. Bu üzlükləri alan mə\lum, onu binaya vurduran məlum! teref.az