Şirvanlı məktəb direktoru bərbərlik həvəsinə düşüb (FAKT)

19-05-2015, 20:44           
Şirvanlı məktəb direktoru bərbərlik həvəsinə düşüb (FAKT)
Vertikal.az bildirir ki, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin rəhbəri Namiq Hacıheydərli facebook sosial şəbəkəsində bir çoxlarının diqqətini cəlb edən status paylaşıb. Belə ki, Namiq Hacıheydərli paylaşdığı statusda Şirvan şəhərində yerləşən 13 saylı məktəbdə analoqu olmayan hadisə baş verdiyini qeyd edib. Bildirilir ki, məktəbə yenicə direktor təyin olunan gənc xanım səhər məktəbin həyətində 9-cu və 10-cu sinif şagirdlərini sıraya düzərək onların başını qayçı ilə qırxmağa başlayıb.

Qeyd edək ki, həmin status ölkə ictimaiyyətinin geniş narazılığına səbəb olub. Məktəb direktoru kəskin şəkildə bu hərəkətinə görə qınanılıb.

Bununla da gənc direktor xanım məktəbdə külli ixtiyar sahibi olduğu mesajını verib. Əldə etdiyimiz məlumata görə,səhəri gün valideynlər əllərində qayçı məktəbə doğru axışıblar. Hadisə ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. Nazirliyin sözçüsü Hafta.az-a açıqlamasında bildirdi ki, onlar bu hadisədən xəbərsizdirlər:

“Bizə bu haqda məlumat daxil olmayıb. Məlumatı araşdırdıqdan sonra sizə məlumat verəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.