Zakir Fərəcov Avropa Oyunlarına belə kölgə salır...
19-05-2015, 22:00
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Avropa Oyunlarından maksimum istifadə etmək niyyətindədir.
Abşeron rayonu ərazisində çalışan iş adamlarının AzTodaty.az-a verdiyi məlumata görə, Zakir Fərəcov adamlarını onların üstünə salıb pul alır. Belə ki, icra başçısının adamları Avropa Oyunlarını bəhanə eədərək iş adamlarına "haqq" qoyub.
Zakir Fərəcovun adamları iş adamlarına bildiriblər ki, Avropa Oyunlarına gələn qonaqları qarşılamaq Abşeron icra hakimiyyətinin başçısının boynuna qoyulub. Ona görə, iş adamları onlara pul verməlidir. Həmçinin Zakir Fərəcov bu çirkin işdə Heydər Əliyev Fondunun da adını hallandırır.
Bütün bunlar isə iş adamlarını hiddətləndirib və icra başçısının bu özbaşınalığının Avropa oyunlarına kölgə salmaq məqsədi daşıdığını bildirirlər.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.