Akif Süleymanov Texnologiya Universitetini məhfə sürüyür

20-05-2015, 10:14           
Akif Süleymanov Texnologiya Universitetini məhfə sürüyür
Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də, hansısa nailiyyətlər əldə etmək üçün bu istiqamətdə görülən işlərin daha şəffaf olması qaçılmazdır. Son bir neçə ildir təhsil sahəsində yeni nailiyyətlərin əldə edilməsinə, uğurlara imza atılmasına baxmayaraq, bu gün hələ də bu sahədə kifayət qədər qüsurlar, nöqsanlar, həmçinin problemlər var ki, bu da hər bir Azərbaycan vətəndaşı kimi bizləri də narahat edir.

Elə bu nöqteyi-nəzərdən də, bu gün yenidən təhsildəki problemləri gündəmə gətirməyə çalışırıq. Etiraf edək ki, əslində problem və nöqsanların gündəmə gətirilməsi ilə də iş bitmir. Çünki bu istiqamətdə həqiqətən də, ciddi addımlar atılmalıdır ki, zamanla da olsa, nəticəni görə bilək. Təhsil bizlərə körpə yaşlarından orta məktəbdə verilməsi ilə başlayıb, ali məktəbə qədər davam edir. Lakin bu gün elə ali məktəblər var ki, heç bir valideyn övladının həmin təhsil ocağında təhsilini davam etdirməsini istəmir. Təbii ki, bunun da səbəbləri var. Zaman-zaman daxil olan şikayətlər, baş verən qanunsuzluqlar, müəllimlərin tələbələri qazanc mənbəyi kimi görməsi və sair amillər valideynləri narahat edən əsas problemlərdəndir. Onu da qeyd edək ki, daxil olan şikayətlər sırasında bölgələr daha üstünlük təşkil edir. Həm orta, həm də ali təhsil ocaqlarından. Elə bu gün söhbət açacağımız və şikayət daxil olan təhsil ocağı da bölgələrimizdən birində yerləşir. Sözü uzatmadan qeyd edək ki, söhbət Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetindən (ATU) gedir. İlk olaraq onu da diqqətinizə çatdıraq ki, Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində yaşananlardan, oradan daxil olan şikayətlərdən qəzetimizin əvvəlki saylarında bəhs etmiş və sizlərin diqqətinə çatdırmışıq. Bu gün yenidən sözügedən təhsil ocağından şikayət daxil olması bir daha göstərmiş olur ki, ATU-da vəziyyət irəliləmək əvəzinə, daha da geriləyir. Bu isə təbii ki, övladı bu təhsil ocağında təhsil alan valideynləri, həmçinin tələbələrin özlərini də narahat edir. Bir vaxtlar ölkəmizdə ən qabaqcıl təhsil müəssisələrindən hesab edilməsinə baxmayaraq, son vaxtlar ATU-dan hədsiz şikayətlər daxil olur ki, bununla da istər-istəməz universitet əvvəlki əzəmətini itirir. Daxil olan şikayətlərdə əsasən rektor Akif Süleymanovun işinin öhdəsindən layiqincə gələ bilmədiyi və təhsil müəssisəsində yaşananların da onun ucbatından baş verdiyi vurğulanır. Qeyd edək ki, Akif Süleymanov 2013-cü ilin mart ayında bu vəzifəyə təyin edilib. Lakin bu iki il ərzində təhsil müəssisəsində yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. Belə ki, yenə də köhnə problemlər öz aktuallığını qoruyub saxlayır. Daxil olan şikayətlərdə əsasən vurğulanır ki, tələbələrin bilik və bacarığı nəyinsə qarşılığında qiymətləndirilir. Bildiyimiz kimi, hazırda tələbələr imtahanlar ərəfəsindədirlər. Lakin daxil olan məlumatlara əsasən deyə bilərik ki, bu imtahan ərəfəsi heç də tələbələrə asan başa gəlmir. Çünki imtahanların qiymətləri yazılan zaman, savada, biliyə önəm verilmir. Sadəcə olaraq, qiymətlər nələrinsə müqabilində yazılır. Tələbələrin qarşısında müəyyən şərtlər qoyulur ki, tələbələr də məcburiyyətdən həmin qoyulan şərtlərə etiraz edə bilmirlər. Həmçinin daxil olan məlumatlarda o da qeyd olunur ki, Akif Süleymanov Azərbaycan Texnologiya Universitetində elə "qaydalar" müəyyənləşdirib ki, buna tab gətirmək hər tələbənin işi deyil. Bir sözlə, adi günlərdə qaiblərlə sıxışdırılan tələbələr, imtahan günlərində də, kəsirlərlə hədələnirlər. Belə bir vəziyyətdə təbii ki, təhsil ocağında hansısa biliyə, savada yiyələnməkdən söhbət belə gedə bilməz. Çünki artıq tələbələr düşünürlər ki, istənilən halda, nəyinsə müqabilində problemlərini həll edə biləcəklər. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.