Şiravanda Bakı faciəsi təkrar ola bilər

21-05-2015, 01:27           
Şiravanda Bakı faciəsi təkrar ola bilər
Şəhər camaatı ondan artıq binanın üzlüklərinin dəyişdirilməsini tələb edirlər

Dünən Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli yanğın hadisəsindən sonra digər rayonlarda yaşayan vətəndaşlar da təlaş keçirməyə başlayıblar. Xalqxeber.Az xəbər verir ki, 16 nəfərin öldüyü və 61 nəfərin yaralandığı yanğından sonra ilk etiraza qalxan Şirvan şəhər camaatı olub.

Belə ki, şəhər sakinləri Şirvanda da xeyli sayda binanın məhz yanğın baş vermiş tikilidəki kimi yanğına həssas üzlüklə üzləndiyini bildirirlər. Onlar qeyd edirlər ki, şəhərdəki binaların belə üzlüklərlə üzlənməsi yanın təhlükəsini artırır və insanlar bundan ciddi şəkildə narahatdırlar.

Xalqxeber.Az-a müraciət edənlər bildirirlər ki, artıq Şirvanda insanlar bu üzlüklərin dəyişdirilməsini tələb edirlər. Və yanğın üçün əsas verəcək binaların siyahısını da redaksiyamıza təqdim ediblər. Onlar aşağıdakılardır:

1.Heydər Əliyev küçəsindəki binalar
2.Səməd Vurğun küçəsindəki binalar
3. 20 Yanvar küçəsindəki binalar
4. Heydər Əliyev Meydanının qarşısındakı binalar

Xalqxeber.Az-a müraciət edən Şirvan şəhər sakinləri vurğulayıb ki, belə binaların sayı çoxdur və onların təhlükə mənbəyi olduğu sirr deyil. «Ona görə də, tələb edirik ki, təcili olaraq bu üzlüklər sökülsün».
P.S. Növbəti yazımızda Şirvandakı binalara üzlüklərin vurulmasını hansı Şirkət tərəfindən həyata keçirildiyi barədə söhbət açacağıq. Binalara fasad örtüklərinin vurulması işlərini həyata keçirən şirkətin icra başçısı Mərdan Camalova aid olub-olmaması barədə araşdırma aparıb sizləri məlumatlandıracağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.