Sahibkarlardan şikayət: Trendyol mağazaların bağlanmasına səbəb olur?

8-12-2023, 17:18           
Sahibkarlardan şikayət: Trendyol mağazaların bağlanmasına səbəb olur?
Son illərdə Azərbaycanda xaricdən geyim və digər məhsullar sifariş vermək olduqca populyarlaşıb. Məsələn, Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan “Trendyol” və digər saytlardan istifadə halları artıb. Sahibkarlar elektron ticarətin Azərbaycanda sahibkarlığa ciddi zərər vurmasından, gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığından şikayətlənirlər. Bildirirlər ki, bu vasitə onların alıcı kütləsini əllərindən alır və hətta, mağazaların bir neçə şöbəsinin bağlanmasına səbəb olur.

Məsələ ilə bağlı “Sherg.az”a danışan marketoloq Nicat Manafov söyləyib ki, Azərbaycanda kiçik və orta sahibkarlar ölkədəki mağazalarını bağlayıb Türkiyədə fəaliyyətlərini davam etdirirlər:

"Sahibkarlar Trendyol vasitəsi ilə Azərbaycana satış həyata keçirərək 36 faiz gömrük rüsumundan azad olurlar. Bu faktor da onlara üstünlük yaradır. Bir çox məhsulların istehsalı ölkəmizdə həyata keçirilmədiyinə görə, onsuz da gömrük yolu ilə satış edirdilər. Beləliklə, trendyol vasitəsi ilə azərbaycanlı sahibkarlar bir çox güzəştlərə nail olurlar. Bu qısa müddətdə fayda versə də, dövlət bununla bağlı tədbir görəcəkdi. Çünki,bu gömrük komitəsinin yığımlarının azalmasına səbəb olacaq. 300 dollar məbləğində limit sabikarların xaricdə mağaza açmasına imkan yaradacaq. Azərbaycan sahibkarlıq mühiti də bundan zərər görə bilər".

Ekspert vurğulayıb ki, bu məsələdə sahibkarların günahı böyükdür:
"Onlar inhisarlaşma vəziyyəti yaradaraq məhsulları alıcılara baha qiymətə təqdim edirlər. Bu da imkan yaradır ki, müasir internet dövründə alıcılar xarici ölkələrdən alış-veriş etsinlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.