"O, sələmə verdiyi 82 min dollar qarşılığında 246 min dollar faiz tələb edir..." - Vəkil millət vəkilinin əməlinə qiymət verdi

10-08-2016, 18:24           
"O, sələmə verdiyi 82 min dollar qarşılığında 246 min dollar faiz tələb edir..." - Vəkil millət vəkilinin əməlinə qiymət verdi
Lənkərandan 3-cü dəfə deputat seçilən Rüfət Quliyevin sələmçiliklə məşğul olmasına mətbuatda və ictimaiyyətdə sərt təpki verilib. Səngimək bilməyəm ittihamlar geniş müzakirə mövzusuna çevrilib. Belə ki, gəzən xəbərlərdə bildirilir ki, deputat 2011-ci ildə iş adamı Namik Rahib oğlu Səfərova 10 faizlə külli miqdarda sələmə borc verib. Sonradan isə borclu dünyasını dəyişdiyindiyindən onun ailəsini – Nuranə Mirzəli qızı Səfərovanı məhkəməyə verərək, yığılıb qalan faizləri israrla geri tələb edib. O, sələmə verdiyi 82 min dollar qarşılığında 246 min dollar faiz tələb edir.
Gununsesi.info-ya açıqlama verən cavabdehin vəkili Ceyhun Yusifov deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti və uydurma öhdəlik müqaviləsi ilə bağlı qarşı tərəfin vəkilinin əsassız açıqlamasından sonra qərara gəlib ki, ictimaiyyəti ətraflı məlumatlandırmaq məqsədi ilə yaxın günlərdə geniş mətbuat konfransi keçirsin:
“Deputatın Səbail Rayon Məhkəməsində qaldırdığı iddianın əsası və sələmdən sələm tələb etməsini, dostunun ölümündən sonra həmin saxta öhdəliyin necə tərtib edilməsi, dəyəri milyonlarla ölçülən əmlakın hansı üsulla yağmalanması haqda tam şəkildə detallarla bildiriləcək. Bu zaman aydın olacaq ki, qanunvericilik orqanının təmsilçisi qanuna necə hörmətsizlik edir, ən əsası da qanunu qəbul edən şəxsin primitiv qanundan xəbəri yoxdur”-, deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.