Bakı şəhər DYPİ-dən sürücülərə xəbərdarlıq- 50 manatdan 3 yüz manatdadək cərimələnəcəklər

12-08-2016, 15:31           

Avqustun əvvəlindən bu günədək Bakıda 97 sürücü inzibati məsuliyyətə cəlb olunub. Buna səbəb onların idarə etdiyi avtomobillərin texniki baxışdan keçməməsidir.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat yayıb.

Məlumatda qeyd olunur ki, nəzərdə tutulan müddət ərzində texniki baxışdan keçməyən avtomobillərin sürücüləri qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati məsuliyyət daşıyır. Bakı şəhər Baş Polis DYPİ-nin əməkdaşları tərəfindən ötən günlər ərzində qanun tələblərini pozan 97 sürücü müəyyən olunaraq, texniki baxışdan keçmədəyinə görə məsuliyyətə cəlb olunub.

Sürücülər minik avtomobilini istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində, 11-ci ilindən artıq hər il texniki baxışa təqdim etməlidir. İnzibаti Хətаlаr Məcəlləsinin 339.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Qanunla ilə müəyyən edilən qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu qaydaları pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, Azərbaycanda minik avtomobillərin texniki baxışdan keçmə müddəti avqustun 1-də başa çatıb.

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.