Tahir Süleymanovun villasının çəkilişini kim sifariş edib?

12-08-2016, 22:45           

Tanınmış bloqqer Mehman Hüseynovun Şabranın millət vəkili Tahir Süleymanovun villasını çəkib sosial şəbəkədə yayması böyük müzakirələrə səbəb olub. Bu gün millət vəkili açıqlama verərək bunu sifarişli iş adlandırıb. Doğrudan da ölkədə xeyli millət vəkilinin, məmurun villası olduğu halda niyə məhz Tahir Süleymanov hədəf oldu? İddialara görə, Milli Məclisə seçkilərdə Tahir Süleymanova uduzmuş namizədlərdən hansısa hələ də məğlubiyyətini həzm edə bilməyib və ona görə də millət vəkilini gözdən salmaq istəyir.

Qeyd edək ki, tanınmış müğənni, əməkdar artist Elza Seyidcahan da Şabrandan millət vəkilliyinə namizədliyini irəli sürmüşdü. Lakin ondan münasibət öyrənmək cəhdimiz baş tutmadı.

Yazıda adı çəkilən hər bir kəsin mövqeyini dərc etməyə hazırıq.
Yenilik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru