Qaraçuxur sakinləri: “Bizi öz evlərimizdən çıxarırlar”

14-08-2016, 09:49           
Qaraçuxur sakinləri: “Bizi öz evlərimizdən çıxarırlar”
Qaraçuxur qəsəbəsində Əhməd Mebalıyev küçəsindəki 34 və 36 saylı evlərin bir qrup sakini öz evlərindən məcburən çıxarılmalarından şikayətlənirlər.

1955-56-cı illərdə inşa edilmiş həmin ikimərtəbəli binalarda 16 mənzil var.

Bu ilin aprelindən bəzi adamlar onların evlərinə gələrək sənəd təqdim etmədən müvəqqəti köçməyə razı salmağa çalışırlar. Həmin yerdə tikiləcək yeni binalarda onların mənzil alacaqları deyilir.

Artıq bir neçə ailə köçüb. Boşaldılan mənzillərin dərhal qapı, pəncərələri çıxarılır ki, bu da digər mənzillər üçün təhlükə törədir. Qaz və su verilməşində fasilə yaranıb.

“Bizi, sadəcə, sıxışdırırlar. Heç kim bizimlə rəsmi söhbət aparmır”, - sakin Lüdmila Borkova bildirib.

Sakinlər təklif olunan kompensasiyanın həcminin az olasından narazıdır.

Həmin mənzillərdə 2 və 3 otaqlı mənzillərn sahəsi 40 və 60 kv. metrdir.

Yeni binalarda sakinlərə ancaq 5-10 kv. metr çox sahə təklif elunur.

“Biz kirayədə yaşamaq istəmirik. Nəyə görə dəfələrlə köçməliyik. Mənzil kirayəsinə görə pulun sonadək ödəniləcəyinə zəmanət varmı? Kim bilir, bu tikinti nə qədər davam edəcək? Qoy, bizə yazılı zəmanət versinlər, müqavilə bağlasınlar və ya artıq hazır evlərdə mənzil versinlər”, - Xədicə Eminova deyib.

Sakinlər evin qəzalı vəziyyətdə olması barədə FHN-in rəyi ilə razı deyil.

Suraxanı İcra Hakimiyyətindən sözügedən evlərin sökülməsini Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli qərarı ilə izah edirlər. Qərar Bakı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə əlavə tədbirlər çərçivəsində köhnə evlərin sökülməsini nəzərdə tutur.

Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarovun sözlərinə görə, bu rayonda 3828 nəfərin yaşadığı 63 binanın söküntüsü nəzərdə tutulur.

Məmurun sözlərinə görə, söküntü-tikinti işləri ilə özəl şirkətlər məşğul olur.

34 və 36 saylı binaların yerində iki 12 və 14 mərtəbəli binaların inşası nəzərdə tutulur. Bu binalarda sakinlərə yeni mənzillər vəd edilir.

Öz növbəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov Turan-a bildirib ki, tikinti ilə “Etibarlı” şirkəti məşğul olur. Şirkət nümayəndələri gələn həftə sakinlərlə görüşməlidir. Yeni mənzillərdə sakinlərə öncə sahib olduqlarından 25% çox sahə veriləcək.

Öz növbəsində “Etibarlı” şirkətinin icraçı katibi Rafiq Məmmədov bildirib ki, müqavlələrdə bütün şərtlər razılaşdırılacaq və qarant kimi İcra Hakimiyyəti çıxış edəcək. Çünki layihə Nazirlər Kabinetinin qərarına uyğun həyata keçirilir.

Onun sözlərinə görə, 40 kv.m. sahəsi olan ikiotaqlı mənzillərin sahibləri yeni evlərdə 54 kv. m. olan ikiotaqlı mənzil alacaqlar.

55-59 kv.m. sahəsi olan üçotaqlı mənzillərin sahibləri 74 kv. m. sahəsi olan mənzillər alacaqlar. Bundan əlavə, sakinlərə hər dəfə daşınmaq üçün 150 manat veriləcək.

R.Məmmədovun sözlərinə görə, bəzi sakinlər hər kv. metrə görə 2 min manat tələb edirlər ki, bu da indiki bazar qiymətlərinə uyğun deyil.

“Sakinlər bu şərtlərlə razılaşmasalar onları cıxaracaqlarmı” sualının cavabında şirkətin nümayəndəsi belə olan vəziyyətdə nə olacağını bilmədiyini deyib.

Qeyd edək ki, vətəndaşların şəxsi mülkiyyətinə Konstitusiya ilə zəmanət verilib. Heç kim onları mülkiyyətdən məhrum edə bilməz. Lakin uzun illərdir ki, hakimiyyət müntəzəm olaraq bu hüququ pozur.Turan.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.