“Sınıq Körpü” -də hər şey öz axarı ilə gedir - GÖMRÜK KOMİTƏSİNDƏN AÇIQLAMA

14-08-2016, 10:11           

“Bu gün bəzi kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlığın yaranması, vətəndaşların və nəqliyyat vasitələrinin sərhədi keçmək üçün saatlarla gözləməsi barədə əsassız məlumatlar yayılıb. Üstəlik məlumatda o da bildirilir ki, sıxlıq süni şəkildə yaradılır və buna etiraz olaraq vətəndaşlar sərhəddə aksiya keçirib”.
teref.az xəbər verir ki, bu fikirlər Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətinin yaydığı açıqlamada öz əksini tapıb. Qeyd olunur ki, bu məlumatların heç bir əsası yoxdur və “Sınıq Körpü” gömrük postu gün ərzində normal iş rejimində fəaliyyət göstərib:
!Sıxlığın süni şəkildə yaradılması və buna etiraz olaraq vətəndaşların aksiya keçirməsi barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil.
Hazırda “Sınıq Körpü” gömrük postunda avtomobillərin və piyadaların keçidi qanunvericiliyə uyğun şəkildə, gömrük prosedurlarına uyğun vaxt ərzində həyata keçirilir və hər hansı sıxlıq müşahidə olunmur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.