Alı Alıyev məyus oldu - Şərləyib tutdurduğu rəqibi azadlıqda!

14-08-2016, 19:23           
Alı Alıyev məyus oldu - Şərləyib tutdurduğu rəqibi azadlıqda!
Alı Alıyev məyus oldu - Şərləyib tutdurduğu rəqibi azadlıqda! Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə həbsdə olan sabiq nümayəndəsi Şakir Hacıyev azadlığa buraxılıb
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ş. Hacıyevin barəsində olan məhkəmə hökmü dəyişdirilib. Onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Ş. Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ş. Hacıyev apellyasiya şikayəti verib.

Ş. Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilib.
Politika.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru