Vətəndaşlar evlərin ölçülərində necə aldadılırlar? - Video

16-08-2016, 09:08           

Yeni inşa edilən binalardan mənzil alan vətəndaşlara qarşı bir çox hallarda dələduzluq halları baş verir. Tikinti şirkətləri mənzilin kvadrat hesabı ilə ölçülməsi zamanı nəinki balkonları, hətta divarın qalınlığını da hesaba qatır. Nəticədə alıcılara bir neçə min manat ziyan dəyir.

teref.az-nun məlumatına görə, məsələni Xezerxeber araşdırıb.

Fərz edək ki, 100 kvadratmetr sahəsi olan mənzilə görə müştəridən əlavə 4-5 kvadratmetrin də pulu alınır. Bu isə bir mənzildə bir neçə min manat vəsait deməkdir.

Vətəndaşlar da belə vəziyyətin ürəkaçan olmadığını deyirlər. Hüquqşünas Qaçay Şahbazov onlara belə hallarla bağlı çoxlu müraciətlərin olduğunu və belə qanun pozuntusuna yol verənlərin ciddi cəzalandırılmalı olduğuna diqqət çəkir.

Ekspertlərin məsələ ilə bağlı yekun tövsiyəsi bundan ibarətdir ki, mənzil alarkən təcrübəli əmlak mütəxəssislərinin hesablamalarından faydalansınlar ki, alqı-satqı zamanı əbəs yerə pul ödəməsinlər. Əgər sonradan aldadıldıqlarının fərqinə varıblarsa, bu dəfə isə problemi məhkəmə qaydasında həll edə bilərlər.

[media=https://www.youtube.com/watch?v=Pw6GvKmFSBA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.