“İdeal I İnşaat” vətəndaşın pulunu alıb evini vermir- “Bura Azərbaycandır get kimə isdəyirsən şikayət et “
16-08-2016, 10:41
Ölkə başçısı və güc strukturlarına ilginc müraciət
Bakı sakini Ibrahim Əkbərov ölkə başçısı Ilham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili Işlər naziri Ramil Usubova və Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə müraciət edib. Ibrahim Əkbərov müraciətin bir surətini də redaksiyamıza ünvanlayıb.
Şikayətçi yazır ki, 2015-ci ildə “Idel I Inşaat” MMC-nin inşa etdiyi binada mənzil alıb. Mənzil üçün 148 kvmetr sahəsi olan mənzil üçün 148 min manat pul ödənilib: “Mənzil Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanda yerləşir. Mənzil alınarkən şirkətin rəhbəri Çingiz Məmmədovla iki tərəfli müqavilə bağlamışıq. Həmçinin pul ödəniləndə Çingiz Məmmədov və şirkətin baş mühasibinin imzası və şirkətin möhürü ilə kasaa mədaxil orderi almışıq. Mənzil qızım Səbinə Əkbərovanın adına alınıb. Daha sonra evi öz adıma keçirmək istəmişəm. Qanuni şəkildə bu proses baş tutub. Lakin 2016-cı ilin martında mənzil Rzayeva Yeganə adlı şəxsə satılıb. Şirkət faktiki olaraq mənzili iki nəfərə satıb. Biz evi təmir etmək istərkən, orada təmir aparıldığını gördük. Məlum oldu ki, evin başqa sahibi də var və bu, yuxarıda qeyd etdiyim şəxsdir. Onun sözlərinə görə, mənzili almaq üçün ”Ideal I Inşaat” MMC-yə 130 min manat pul ödəyib”.
Şikayətçi deyir ki, məsələni Çingiz Məmmədov deyəndə, MMC rəhbəri onları hədələyib: “Bizi nə mənzilə buraxırlar, nə də şirkətin ofisinə. Zəng vurub hədələyirlər. Deyirlər ki, bura Azərbaycandır. Hansısa orqana şikayət etsəniz özünüzdən küsün”.
Şikayətçi müraciət etdiyi şəxslərdən məsələni diqqətə almalarını xahiş edir.
Qeyd edək ki, Azərbaycan tikinti şirkətlərinin mənzilləri bir neçə nəfərə satması birinci hal deyil. Bir neçə şirkət rəhbəri bu cür dələduzluğa görə həbs olunub. Amma deyəsən, “Ideal I Inşaat” MMC yüksək səviyyədə himayə olunur. Hər halda bu məsələyə görə ölkə başçısına, güc strukturlarına müraciət ediləcəyini bildiyi halda şikayətçilərə hədə-qorxu gəlməzdi.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
ANAXEBER.az