Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi
24-05-2015, 16:47
Allah sənə rəhmət eləsin, eliyərsə
Bu sözləri təhdid olunan Qazaxlı iş adamı Elşad Məmmədova Hacı İbrahim Nehrəmlinin yaxını kimi özünü təqdim edən Natiq İbrahim mesaj kimi göndərib
Məlumat üçün bildirək ki, Elşad Məmmədov Hacı İbrahim Nehrəmliyə məxsus "AVESTA" konserninə daxil olan "HƏSƏN - 96" MTK-dan iki mənzil alıb və qanunsuz olaraq mənzillər sahibinə verilməyib.
“Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmlinin təhdidlərindən baş götürüb Avropaya pənah aparan qazaxlı iş adamı Elşad Məmmədov mühacirət həyatı yaşadığı Avropada ölümlə hədələnib.
Elşad Məmmədovun Mediaxeberleri.az-a verdiyi xəbərə görə, bir müddət öncə tanımadığı şəxs tərəfindən onun facebbok hesabına təhdid məktubları gəlməyə başlayıb:
“Tanımadığım şəxs tərəfindən mənə təhdid dolu mesajlar gəlməyə başladı.