Şirvan şəhərində güclü yanğın

24-05-2015, 18:00           
Şirvan şəhərində güclü yanğın
Artıq bir neçə gündür ki, ölkənin müxtəlif şəhər və rayonlarında yanğın hadisələri böyük vüsət alıb.
Əlbət ki, bu yanğın hadisələrindən yeganə əziyyət çəkən məhz sadə vətəndaşlardır. Dövlət başçısının bir neçə dəfə, insanların təhlükəsizliyi üçün yönəlmiş çıxışları bəzi icra başçıları tərəfindən qulaq ardına vurulur. İnsanların sağlamlığını və təhlükəsəzliyini düşünməyən icra başçılarından biridə Şirvan şəhərinin rəhbəri Mərdan Camalovdur. Prezident cənab İlham Əliyev sərt çıxışlar etsədə və binaların fasad üzlüklərinin sökülməsinə fərman versədə amma Şirvanın icra başçısı yerində saymaqda davam edir. Belə ki, neçə gündür Şirvan şəhərində hər an baş verə biləcək böyük yanğın hadisələrinin qarşısının alınması məqsədilə Xalqxeber.az redaksiyası olaraq Şirvan icra hakimiyyətinə təhlükəsizlik tədbirlərinin görülməsilə bağlı çağırışlar edirik. Lakin nə fayda...
İndi aldığımız məlumata görə Şirvan şəhərində böyük yanğın hadisəsi baş verib. Hal-hazırda Şirvan Su-Kanal İdarəsində baş verən yanğını Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhər şöbəsinin əməkdaşları söndürməkdə çətinlik çəkirlər.Hadisə yerindən Xalqxeber.az-a verilən məlumata görə yanğının idarənin yaxınlığında olan yaşayış evlərinə keçməməsilə əlaqədar qabaqlayıcı tədbirlər görülür.

P.S. Redaksiya olaraq Şirvan şəhər icra hakimiyyətinə bir daha xatırlatma edirik ki, artıq yanma təhlükəsi olan binaların üzlüklərinin sökülməsinə cənab prezident İlham Əliyev xüsusi göstəriş verməklə yanaşı fərman imzalayıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.