Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb

12-04-2024, 18:14           
Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb
2023-cü ildə Azərbaycandan Rusiyaya 74 milyon 184 min ABŞ dolları pul köçürülüb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 21,9 % azdır.

Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin ümumi köçürmələrdə payı 13,6 %-dan 13,5 %-ə düşüb.

Ötən il Rusiyadan Azərbaycana isə 1 milyard 47 milyon 523 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,8 dəfə azdır.

İl ərzində Rusiyadan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 82 %-dən 63,3 %-ə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru