“Biz Rusiyada və dünyada neftin hasilatının azaldılması üçün heç bir səbəb görmürük”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib: “Biz neft istehsalını ötənilki səviyyədə saxlamağın tərəfdarıyıq. Belə olan halda təklif-tələb tarazlığını qoruya biləcəyik. Çünki hazırda neftə tələb artır. İstehsalı azaltmayıb, ötən ilki səviyyədə saxlamaqla bazar qiymətlərini tarazlamaq mümkün olacaq”.