Abid Şərifov jurnalistə verdiyi cavabdan danışdı

25-05-2015, 12:17           

“Hazırda Binəqədidəki yanğının səbəbləri araşdırılır. Bu istiqamətdə işlərimiz davam edir. Bildiyimiz kimi dövlət başçısı bununla bağlı bizə ciddi tapşırıqlar verib. Tapşırıqlar vaxtında icra edilir”.


Bunu AzVision.az-a açıqlamasında prezident İlham Əliyevin mayın 19-da Binəqədi rayonunda baş verən yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov deyib.

Komissiya sədrinin sözlərinə görə, paytaxtda penoplast üzlüklü binaların söküntü və təmir işləri I Avropa Oyunlarına kimi yekunlaşacaq.

“Amma yanğın baş verən binanın təmirini Avropa Oyunlarına kimi çatdırmaq qeyri-mümkündür. Bunun üçün minimum 5 ay vaxt lazımdır”.

Bu günlərdə jurnalistlərin yanan binada təmir işlərini aparan şirkətlə bağlı sualına verdiyi cavab qalmaqal yaradan A.Şərifov fikirlərinin şouya çevrildiyini deyib.

“Jurnalist haradan bilir ki, hansı şirkətin qabiliyyəti nədir? Azərbaycanda hansı şirkət binanı qısa müddətə bərpa edə bilər? Yəqin ki, bu göydəndüşmə deyil. Bunu məsləhətləşmişik. Mütəxəssislərlə müzakirə etmişik ki, bunu kimə tapşırmaq lazımdır. Dövlət başçısının tapşırığıdır ki, bina qısa müddətə və keyfiyyətli təmir olunmalıdır. Bu, təsadüfi şirkət ola bilməz. Ona görə də bundan şou yaratmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, A.Şərifovdan jurnalistlərdən biri yanan binada tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını soruşub. Komissiya sədri suala belə cavab verib: "Nə dəxli var sənə, nə üçün bilməlisən ki kimdir? Alabala! Pressaya nə dəxli var?! Mənimdir, yaz ki mənim şirkətimdir...". Onun bu cavabı mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
teref.az: Jurnalistin verdiyi sual heç də şou yaratmaq xarakteri daşımır. Bu onun vəzifə borcundan irəli gəılir və hər bir dövlət qulluqçu AR-nın qanunlarına görə ona məlumat verməlidir. Şəffaflığın əsasınıda mediyaya açıqlıq təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.