Bakı Slavyan Universitetinin tələbələri etiraz aksiyası keçirir.

25-05-2015, 15:17           
Bakı Slavyan Universitetinin tələbələri etiraz aksiyası keçirir.

AzNews.az xəbər verir ki, universitetin 4-cü kurs tələbələri hazırda əsas korpusun qarşısında yığışaraq rəhbərliyə etiraz edirlər. İlkin məlumata görə, aksiyanın səbəbi isə universitet rəhbərliyinin tələbələrə məzun günü keçirməyə icazə verməməsidir.

Universiteti bitirən tələbələr məzun günü keçirmələri üçün icazə tələb edirlər.

Məsələ ilə əlaqədar universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyevlə ilə əlaqə saxladıq. A.Əliyev AzNews.az-a açıqlamasında hazırda universitetdə sakitlik olduğunu deyib: "Tələbələrə məzun günü keçirməyə icazə verilib. Sadəcə olaraq təntənəli konsert proqramı olmayacaq. Bu da Bakıda baş verən yanğın hadisəsi ilə əlaqədardır”.

Məlumat üçün bildirək ki, mayın 19-da Binəqədidə yaşayış binasının yanması ilə əlaqədar bir çox universitetlərdə "məzun günü” konsertləri ləğv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.