70-dən çox vətəndaşın viza üçün ödədiyi pulları alaraq xaricə qaçdı VİDEO

14-06-2024, 08:48           
70-dən çox vətəndaşın viza üçün ödədiyi pulları alaraq xaricə qaçdı  VİDEO
Xarici ölkələrə səyahət, iş vizası adı altında 70-dən çox vətəndaş aldadılıb.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər sosial şəbəkədə gördükləri elan əsasında müraciət etdikləri turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia ediblər.

Belə ki, şikayətçi olduqları şirkətin qapıları aylardır onların üzünə açılmır.

Zərərçəkmişlər bildiriblər ki, şikayətçi olduqları "Vork time travel 2" turizm şirkətinin sonradan adı dəyişdirilərək "Nextstation" MMC adlandırılıb.

Aldadılan vətəndaşların bəzilərinin pasportları onlara geri qaytarılıb.

Qeyd edək ki, vətəndaşlardan pul alan şəxsin xaricə qaçdığı iddia edilib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru