Rusiya bazarı ÜZÜMÜZƏ BAĞLANIR?.. - ƏVƏZİNDƏ İSƏ...
18-06-2024, 10:24
Son günlər Rusiyadan Azərbaycana pul köçürmələri 2 dəfə azalıb.
Əksinə, Türkiyədən Azərbaycana pul köçürmələri 22 faiz artıb. Halbuki son zamanlar Türkiyədə mövcuz inflyasiya, milli valyutanın məzənnəsində ciddi dəyişiklik müşahidə edilir. Belə bir şəraitdə indi azərbaycanlılar ücün əmək bazarında Rusiyanı Türkiyə əvəz edir və pul köçürmələrində istiqamət buna görə dəyişib?
İqtisadçı-ekspert Fuad İbrahimov "Cebhe.info"-ya bildirib ki, Rusiyadan pul köçürmələrinin azalmasının səbəbləri məlumdur:
"Belə ki, Rusiyada bank sistemləri vasitəsilə köçürmələr, yəni rəsmiyyətə düşən məbləğlər azalıb. Ancaq bir məqamı da nəzərə almaq lazımıdır ki, bu gün orada pulu kiməsə verib, burada götürmək kimi bir sistem də var. Bunu gizlətmək olmur, demək lazımdır. Bu nöqteyi-nəzərdən pul köçürmələrinin rəsmi hissəsi azalıb, qeyri-rəsmi isə yenə də var.
Ancaq əvvəlki dövrlərə baxanda azalma baş verib. Çünki Rusiyada biznes mühitində müəyyən problemlər yaşanıb. İrihəcmli biznes sahələri problemlərlə üzləşib ki, bu da təbiidir:. Türkiyəyə gəldikdə isə hər zaman aktiv bazardır: "Türkiyədə bu gün istər inşaat sektoru, ticarətin şaxələnmiş sahələrində bizim kifayət qədər iş adamlarımız var. Bu, təbii haldır və getdikcə də Türkiyədən vəsaitlərin Azərbaycana köçürülməsi artacaq. Çünki Türkiyə bazarı biznes mühiti üçün açıq olub.
Bu baxımdan nəzərə alsaq ki, Rusiya bazarında müəyyən problemlər var, bizim iş adamlarımız istiqamətlərini dəyişmiş olur. Bu da təbii haldır. O ki qaldı Tükiyədəki inflyasiyaya, bəli, inflyasiya var. Türkiyə iqtisadiyyatında, xüsusilə də milli valyuta olan lirənin məzənnəsində müəyyən çətinliklər yaşandı. Buna baxmayaraq, azərbaycanlı iş adamları üçün hər zaman cazibədardır. Bu nöqteyi-nəzərdən orada inflyasiya, yaxud hər hansı problemlər sədd olmur".