“Bu qurum biz kasıblar üçün deyil…” – Beyləqan sakini sosial yardımla bağlı müraciətinə baxılmadığını deyir
10-07-2024, 07:24
Beyləqan rayon sakini Qədimov İlkin Museyib oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, may ayının 15-dən ünvanlı sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, yoxlanışa gəlmirlər:
“Mən, Qədimov İlkin Museyib oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirirəm ki, 2 övladım var. Yoldaşım işləmir, evdar qadındır. Adımıza torpaq sahəsi yoxdur.
May ayının 15-dən ünvanlı sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm, hələ də gəlib baxış keçirən yoxdur. Vəziyyətimiz çox pisdir. Ehtiyacım olmasa, heç müraciət etməzdim. Bu qurum biz kasıblar üçün deyil. İmkanlı şəxs müraciət edir, dərhal yoxlama gəlir, amma kasıbın heç yerdə bəxti gətirmir”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.