Ölkədə istehsal olunan məhsullar niyə xaricə bizdən daha ucuz satılır?

20-07-2024, 11:08           
Ölkədə istehsal olunan məhsullar niyə xaricə bizdən daha ucuz satılır?
Xarici bazarın tələbələri daha yüksək olduğu üçün bu bazaralara Azərbaycan tərəfindən daha keyfiyyətli məhsullar çıxarılır. Amma qiymətlərə baxan zaman görürük ki, ixrac olunan yüksək keyfiyyətli məhsullar yerli bazardan daha ucuz qiymətə satılır. Məsələn, bu ilin yanvar-iyun aylarında xaricə satılan kartofun bir kiloqramının orta gömrük qiyməti 72 qəpik olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 qəpik ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 74 olub. Bu ilin iyun ayında kartofun bir kiloqramının orta aylıq pərakəndə satış qiyməti isə 90 qəpik olub. Bu və buna bənzər məhsulların xaricə daha ucuz satılmasının səbəbləri nələrdir?

Valyuta.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bəzi məhsulların xaricə satış qiymətlərini pərakəndə satış qiymətləri ilə müqayisə etmək doğru olmaz. Pərakəndə satışın xərci çoxdur və xarab olma riskləri var. Ekspert deyir ki, məhsulun xaricə daha ucuz satılması praktiki baxımda mümkündür:

“Çünki ixrac subsidiyasından faydalanmaqla məhsulun maya dəyərini qismən azaltmaq olur.
Bizim hökumət ixrac edilən məhsula görə subsidiya verir. Başqa hökumətlər isə daxili bazarlarında təklif qıtlığını önləmək üçün tədarükçülərə subsidiya verir, vergidən, rüsumdan azad edir, satışın təşkili xərclərini kompensasiya edir və s. Başqa sözlə, ixrac edildiyi ölkələrin təşviqlərindən faydalanmaqla qiymət optimallığını təmin etmək olar. Bəzi hallarda uğursuz ixrac əməliyyatları zamanı məcburən sahibkar məhsulu daha ucuz satır. Çünki həmin ölkənin əhalisinin alıcılıq gücü və yaxud bazar şərtləri adekvat deyil. Digər bir lokal səbəb isə Azərbaycanda bazarın liberal olmaması, istehsalçıların zəif bazarlama imkanları, inhisarçılıq kimi məqamlar ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.