Rusiyalı milyarder Türkiyəyə qaçarkən hava limanında saxlanılıb -

Bu gün, 10:48           
Rusiyalı milyarder Türkiyəyə qaçarkən hava limanında saxlanılıb -
İyulun 6-da Rusiyanın tanınmış oliqarxı və deputatı, "Yujuralzoloto" şirkətinin sahibi Konstantin Strukov Türkiyəyə uçmağa çalışarkən hava limanında saxlanılıb.

Rusiya mətbuatının məlumatına görə, Strukovun şəxsi təyyarəsi məhkəmə icraçıları tərəfindən müsadirə olunub, həmçinin onun xarici pasportu da əlindən alınıb. O, ölkədən çıxışa qadağan olunmuş şəxslər siyahısına daxil edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Baş Prokurorluğu "Yujuralzoloto"nun milliləşdirilməsini tələb etmişdi. Strukovun eyni zamanda həm biznes fəaliyyəti, həm də qanunverici orqanda mandat sahibi olması qanun pozuntusu kimi qiymətləndirilir.

Bu hadisə Rusiya daxilində oliqarxlara qarşı artan təzyiqlərin bir hissəsi kimi dəyərləndirilir. Təhlilçilər bildirirlər ki, Kremlin son vaxtlar "ümumi pul" (rus kriminal jargonunda "obşak") üzərində mərkəzləşdirilmiş nəzarət yaratmaq cəhdləri güclənib. Rəsmən ifadə edilməsə də, daxili dairələrdə yayılan fikrə görə, "paxan" (yəni Putin) artıq açıq şəkildə "pul yalnız obşakda olmalıdır" mesajı verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.