Bu kəndlərdəki evlər təmir olunacaq — 30 milyona yaxın vəsait ayrıldı

Bu gün, 00:12           
Bu kəndlərdəki evlər təmir olunacaq —
İşğaldan azad olunmuş daha bir neçə kənddə bir sıra fərdi yaşayış evində təmir işləri aparılacaq.

Bu barədə İqtisadiyyat.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Xidmət təmir işləri ilə əlaqədar olaraq, "Ulduz Park”, "Aqroman”, "Bəyaz İnşaat”, "İnşaatçı-Neftçi”, "Paramount Consturction” və "AKA” şirkəti ilə müqavilələr bağlayıb.

Müqavilələrdə Ağdərə rayonunun Aşağı Oratağ və Vəngli kəndindəki, Xocalı rayonunun Xanabad, Badara, Daşbulaq və Şuşakənd kəndlərində bir sıra yaşayış evlərində cari təmiri işlərinin aparılması nəzərdə tutulur.

Müqavilələrə əsasən, təmir işlərinə görə qeyd olunan şirkətlərə 29 milyon 200 min manata yaxın vəsait ödəniləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.