"GÜNDƏ SAĞILMAQ ÖLMƏKDƏN AĞIRDIR...” - Abbaszadənin bu çıxışı müzakirə mövzusu oldu + VİDEO

Bu gün, 15:34           
"GÜNDƏ SAĞILMAQ ÖLMƏKDƏN AĞIRDIR...” -
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ali təhsil müəssisələrinə ötənilki qəbul imtahanlarının nəticələri ilə bağlı keçirilən tədbirdə maraqlı bir çıxış edib.


"AzPolitika" xəbər verir ki, M.Abbaszadə, tədbir zamanı, dövlət sifarişli ixtisaslar üzrə təhsil alan tələbələrə aid fikirlərini bölüşüb. O qeyd edib ki, "bəzi ixtisaslar üzrə kim gəlirsə, dövlət onların mütəxəssis olması üçün pul xərcləməyə hazırdır". Bu ixtisaslar arasında xüsusilə kənd təsərrüfatı və baytarlıq ixtisasları vurğulanıb.

Tədbir zamanı bir jurnalistin “O balla inəyi öldürəcəklər” replikasına isə Abbaszadə i belə cavab verib: “Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü…”

Maraqlıdır ki, DİM sədrinin bu qeyri-adi çıxışı zalda alqışlarla qarşılanıb..













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru