10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR

Bu gün, 11:18           
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
"SN QİDA TƏCHİZAT" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.

32gun.az-ın məlumatına görə, şirkət vergi orqanları tərəfindən riskli vergiödəyici statusuna daxil edilib.

Vergi Məcəlləsinə əsasən, riskli vergiödəyiciləri — vergidən yayınma, sənədsiz əməliyyatlar, əmək müqaviləsiz işçi çalışdırma, uçotsuz pul vəsaitləri dövriyyəsi kimi hallarla əlaqələndirilən vergi subyektləridir. Bu status, həmin təşkilat barəsində əlavə nəzarət və yoxlamaların aparılmasına səbəb olur.

Hazırda müəssisənin riskli vergiödəyici kimi tanınmasına səbəb olan konkret hallar ictimaiyyətə açıqlanmasa da, vergi orqanları bu tip şirkətlərə qarşı təkmilləşdirilmiş vergi nəzarəti tədbirləri həyata keçirirlər.

Əldə etdiyimiz digər məlumata görə, şirkətin vergi borcu 4778644.42 AZN təşkil edir.

MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi SABAHƏDDİN HƏBİBULLAYEV BƏXTİYAR oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru