Xurcun mağazalarında pozuntu aşkarlandı

Bu gün, 12:14           
Xurcun mağazalarında pozuntu aşkarlandı
“HZ Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Xurcun Mağazalar Şəbəkəsi – Kafe) operativ vergi nəzarəti çərçivəsində aparılan yoxlama nəticəsində 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

TEREF məlumat verir ki, cəriməyə səbəb əhali ilə aparılan pul hesablaşmalarında qanunvericiliyin tələblərinə riayət edilməməsi olub. Vergi orqanları tərəfindən tərtib olunan AKT-a əsasən, müəssisənin bu sahədə yol verdiyi pozuntular qeydə alınıb.

Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir və qanuni təmsilçisi Hikmət Abdullayev Cəlal oğludur. Maraqlıdır ki, eyni şəxs həmçinin “XURCUN CHAIN OF BOUTIQUES” MMC-nin də qanuni təmsilçisidir.

Vergi nəzarəti tədbirləri çərçivəsində belə halların qarşısının alınması istiqamətində yoxlamaların davam etdiriləcəyi gözlənilir.32gun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru