Təhsildə növbəti BİABIRÇILIQ: Direktor məktəbdə işləməyən oğlu və gəlininin adına pul yazdırıb - FOTO

18-11-2016, 01:18           
Təhsildə növbəti BİABIRÇILIQ: Direktor məktəbdə işləməyən oğlu və gəlininin adına pul yazdırıb - FOTO
Masallı rayon sakini Xanbala Qafarov rayonun Qəriblər kənd tam orta məktəbinin direktoru Şərafət Əliyevin qanunsuz əməllərini üzə çıxarıb. teref.az xəbər verir ki, azxeber.com-a müraciət edən Masallı sakini direktoru qohumbazlıqda, qanunsuzluqda günahlandırıb: "Bu məktəbin şagirdlərinin adları bəzən uzaq qonşuluqda yerləşən Şığdaş və Qodman məktəblərinə saxta siniflər açmaq üçün transfer edilir. Bəzən isə bu kəndlərdən şagirdlər, daha doğrusu, onların adları Qəriblər kənd tam orta məktəbinin şagirdləri sırasına yazılır. Məktəbin direktoru Təhsil Şöbəsinin müdirinin həyətində yaxşı bənnalıq etdiyi üçün bu vəzifəyə təyin olunub. O məktəbin əsas işlərini, xüsusən, dərnək və dərsdənkənar məşğələlərin məktəbdə keçirilməsini təmin etməkdənsə, pul yığmaq, qanunsuz əməllərlə məşğuldur. Şikayətçinin sözlərinə görə, Şərafət Əliyevin oğlu və gəlini Bakıda yaşasalar da, məktəbdə adları müəllim və laborant kimi qeyd olunub, onlara maaş yazılır. O həmçinin bunu təsdiqləyən sənədləri də təqdim edərək araşdırmaların aparıldığını tələb edib: "Məktəb direktorunun oğlu Fürsənd Əliyev və gəlini Ülkər Məmmədli Bakıda yaşasalar da, bu məktəbdən maaş alanlar sırasındadırlar. Masallı Rayon Təhsil Şöbəsi müdirinin imzası ilə mənə göndərilən 3 iyul 2015-ci il tarixli, 105/1 nömrəli məktubda məktəb direktorunun oğlunun 2011-ci ilin noyabr ayından işdən azad edildiyi və gəlininin məzuniyyətdə olduğu bildirilir. Lakin Masalı Rayon Sosial Müdafiə Fondundan məcburi sosial sığorta ödəmələri haqqında çıxarışın fotosürətində məktəb direktorunun oğlu Fürsənd Əliyevin bu tarixdən uzun illər sonralar belə yüksək maaş aldığı görünür. Bu azmış kimi, həmin sənəddə məzuniyyətdə olduğu bildirilən gəlini Ülkər Məmmədlinin də laborant işləməklə (Bakıda yaşasa da. - X.Q) bu vəzifəyə uyğun omayan yüksək əmək haqqı aldığı açıq-aydın öz əksini tapıb. Belə ehtimal edilir ki, məktəb direktoru laborant işləyən gəlininin adına əlavə dərs saatları da tarifləşdirib. Məktəb direktorunun qardaşı qızı Əliyeva Şahanə Lənkəran rayonunun Liman qəsəbəsində yaşayır, amma bu məktəbin müəllimidir. Bu qədər uzaq məsafədən hər gün dərsə gəlmək sinif müəlliminə mümkün olmadığı üçün onu məktəbdə tapmaq olmur". Xanbala Qafarov daha bir faktı üzə çıxarıb: "Müəllimlərin diaqnostik qiymətləndirməsi keçirilən zaman Təhsil Nazirliyinin saytında bu məktəbdə ibtidai sinif müəllimi olan Məmmədova Yeganə adlı şəxsin də işlədiyi məlum oldu. Lakin bu adamı nəinki məktəbdə görən, heç onun kimliyini tanıyan belə yoxdur. Bu məktəbdə ayrı-ayrı illərdə bir sıra texniki işçilər saxta yolla işə götürülüb və maaşı direktor tərəfindən mənsimsənilib. Hazırda adı məktəbdə xadimə kimi rəsmiləşdirilən Firəngiz Məmmədovanı buna misal gətirmək olar. Bu adamın məktəbə bircə gün belə gəlmədiyini bütün məktəb kollektivi təsdiq edə bilər", - vətəndaş yazır.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.