Dərbənddə həbslər Təhsil idarəsinin rəisi həbs edildi
6-07-2015, 13:00
Dağıstanda Dərbənd Təhsil İdarəsinin rəisi Nadir Kazımov ötən gün hüquq mühafizə orqanaları əməkdaşları tərəfindən saxlanılıb.
APA-nın “Dagestanpost”a stinadən verdiyi məlumata görə, o, büdcədən 47 milyon rubl mənimsəməkdə təqsirli bilinir. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
İstintaqın ilkin nəticəsinə görə, Nadir Kazımov mühasib və xəzinədarla əlbir olaraq əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı olan borclar haqqında təftiş orqanlarına yalnış məlumat verib.
Nadir Kazımov azərbaycanlıdır.
Qeyd edək ki, N. Kazımovun qardaşı, Dərbənd şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəis müavini Elxan Kazımov da iyunun 30-da tutulub.