Hava limanına gedən yoldakı 4 piyada keçidi sökülür - AÇIQLAMA

6-07-2015, 15:11           
Hava limanına gedən yoldakı 4 piyada keçidi sökülür - AÇIQLAMA
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından metronun “Koroğlu” stansiyası istiqamətində 7 yerüstü piyada keçidinin 4-də söküntü işləri aparılır. Modern.az saytı söküntünün səbəbi ilə maraqlanıb.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, söküntü işləri Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər olan hissəsində aparılır:

“Ərazidə 4 yerüstü piyada keçidinin köhnə üzlükləri sökülür. Həmin piyada keçidlərinin üzərinə yeni üzlüklər vurulacaq. Təmir işləri Sabunçu dairəsi, Əmircan və Ramana qəsəbəsinin arası, Ramana qəsəbəsinin sonu və Yeni Suraxanı dairəsi ərazisində yerləşən piyada keçidlərində aparılır. Bu işlər Nəqliyyat Nazirliyinin "Azəryolservis"ASC-ti tərəfindən Bakı şəhərində bəzi prospekt və küçələrdə aparılan təmir-tikinti və abadlıq quruculuq işləri çərçivəsində həyata keçirilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.