DEPUTAT HADI RƏCƏBLI YENƏ KASIBLARI QINADI: "QƏNAƏT ETMƏK ISTƏMIRLƏR, QƏNAƏTÇILIYI AYIB SAYIRLAR"

10-06-2017, 23:50           

"Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. Biz əmək tutumlu iş yerləri yaratmaq haqqında fikirləşirik".

İCMAL.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının yekun konfransında deyib.

Deputat Azərbaycanda istehlak mədəniyyəti ilə bağlı problemə də toxunub:

"Avropa ölkələrində işığı söndürmədən otaqdan çıxanı görməzsən. Bizdə isə bu məsələ hələ də sovet psixologiyası ilə idarə olunur. Bizim insanlar qənaət etmək istəmirlər, qənaətçiliyi ayıb sayırlar. Bütün bunlar bizi düşündürməlidir və gənclərimizə də bu keyfiyyətləri aşılamalıyıq".

Məlumat üçün qeyd edək ki, bundan öncə də deputat maraqlı təklifləri ilə gündəmi zəbt etmişdi. Hadı Rəcəbli müəllimlərə işdən sonra fəhləlik etməyi tövsiyyə etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.