İnflyasiya maşın bazarını çökdürdü

19-07-2015, 11:42           

2015-ci ilin I yarısında Azərbaycana 17 640 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 34 359 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, idxal edilən avtonəqliyyat vasitələrinin 15 745 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin I yarısında bu göstərici 30 917 ədəd təşkil edib.

Bundan başqa, yanvar-iyun aylarında ölkəyə 1 126 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin analoji dövründə 3 039 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycana 63 368, 2013-cü ildə isə 104 385 avtonəqliyyat vasitəsi idxal edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.