Azərbaycanda bir uşaqlı ailələrdə boşanmalar rekord həddə çatıb

21-07-2015, 16:04           
Azərbaycanda bir uşaqlı ailələrdə boşanmalar rekord həddə çatıb
Azərbaycanda 1 uşağı olan ailələrdə boşanma hallarının sayı son 24 ildə ən yüksək həddə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bir uşağı olan ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda bir uşağı olan 2045 ailə boşanıb. Sonrakı illərdə bu göstərici azalmağa doğru dəyişsə də, 2011-ci ildən sonra bu say getdikcə artıma doğru dəyişib. Ötən il isə 1 uşağı olan ailələrdə olan boşanmaların sayı 1990-cı ildən də yüksək səviyyəyə çatıb. 2013-cü ildə Azərbaycanda bir uşağı olan 1921 ailə boşandığı halda, 2014-cü ildə bu rəqəm 2798-ə çatıb.

Ötən il həm də 18 yaşadək iki və daha çox uşağı olan ailələrdə boşanma halları artıb. 2013-cü ildə Azərbaycanda 1837, 2014-cü ildə isə 2450 belə ailədə boşanma qeydə alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanda 12088 rəsmi qeydə alınmış boşanma hadisəsi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.