Yolu keçərkən SMS yazanlar cərimələnəcək

22-08-2017, 00:35           

Qanun layihəsi Konnektikutda qəbul edilərsə
ABŞ-ın Konnektikut ştatının Stemford şəhərinin yerli hakimiyyəti yoldan keçərkən SMS yazan və bununla da özünü və digərlərini təhlükəyə atan piyadalara cərimə kəsməyi təklif edib. teref.az-nun lent.az-a istinadən verdiyi məlumata görə, yeni qanun iri küçələrin ətrafında SMS yazan və telefonla danışan piyadalara aid olacaq. Buna bənzər layihə artıq Havay ştatının paytaxtı Honolulu şəhərində qəbul edilib və 2017-ci ilin oktyabrında qüvvəyə minəcək. Bu şəhərdə yolu keçərkən diqqətini smartfona yönəldən və ətrafına baxmayan piyadalar 30 dollar məbləğində cərimələnəcəklər. Ötən il ABŞ-da piyadalar arasında qurbanların sayı 11 faiz artıb və təxminəm 6 min nəfər təşkil edib. Qanun layihəsi Konnektikutda qəbul edilərsə, çox güman ki, bu praktika bütün Amerika Birləşmiş Ştatlarının ərazisində genişlənəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.