İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı uşaqlarla bağlı AÇIQLAMA

22-09-2017, 08:47           

Suriyanın İŞİD-in işğalından azad edilən ərazilərində tapılan uşaqlar ölkəmizə qayıtdıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin azyaşlıların sosial, psixoloji problemlərinin həllinə yardım edəcək.

Komitədən Trend-ə verilən məlumata görə, hazırda həmin uşaqların ölkəmizə geri qaytarılması üçün aidiyyatı qurumlar iş aparır: “Bu işlər bizim səlahiyyətimizdən kənardır. Bu məsələ ilə təhlükəsizlik qurumları məşğul olur. Lakin o uşaqlar qayıtdıqdan sonra onların ailələrə qaytarılması, doğmalarının tapılmasına yardım edəcəyik”.

Qeyd edək ki, Rusiya KİV-ləri Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın tapılması barədə xəbər vermişdilər. Uşaqlar ata-analarının öldüyünü bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.