Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradıldı –Qərar

22-09-2017, 10:19           

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradılıb.

Nazirlər Kabineti bununla bağlı “ Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik və şərabçılıq ixtisasları, ali təhsilin magistratura səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində ekoloji kənd təsərrüfatı, “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində landşaft bağçılığı, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində aqrobiznes ixtisasları yaradılıb/APA.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.