İran yeni ballistik raketini üzə çıxardı

22-09-2017, 16:55           
İran yeni ballistik raketini üzə çıxardı
Sentyabrın 22-si İranın paytaxtı Tehranda hərbi parad keçirilib. Novator.az-ın məlumatına görə, paradda “Xürrəmşəhr” (“Khorramshahr”) adlı yeni ballistik raket təqdim olunub.

Raketin 2 min kilometr məsafəyə bir neçə döyüş başlığı daşımaq gücündə olduğu bildirilir.

İranın raket proqramı ABŞ-ın ciddi müqaviməti ilə üzləşir. Vaşinqton 18 hüquqi və fiziki şəxsə bununla bağlı sanksiya qoyub. İran parlamenti isə sanksiyaların cavabı olaraq raket proqramına 520 milyon dollar ayırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.