“Romanda Şah İsmayıla olan qərəzli münasibətə tutarlı cavab tapılacaq”

23-09-2017, 09:29           
“Romanda Şah İsmayıla olan qərəzli münasibətə tutarlı cavab tapılacaq”
Tanınmış yazıçı, tərcüməçi Nəriman Əbdürrəhmanlının “Taclı” adlı yeni roman-triptixi çapdan çıxıb. “Qurban” , “Könül elçisi” kimi tarixi romanların müəllifi olan yazıçının bu janrda yazdığı sayca üçüncü kitabdır. Qeyd edək ki, romanda müzakirə edilən dövr və tarixi şəxsiyyətlər haqqında təəssüf ki, media və elmi cameədə birmənalı fikirlər səslənmir. Başda böyük dövlət xadimi Şah İsmayıl Xətai olmaqla tariximizin Səfəvilər dövrü kimlər tərəfindənsə məqsədli şəkildə baltalanır. Buna cavab olaraq, bir çox elmi monoqrafiya və məqalələr yazılsa da, bədii mətnin də öz təsir qüvvəsi var. Odur ki, Nəriman Əbdürrəhmanlının “Taclı” romanı vaxtında yazılmış bədii cavabdır. Bəs, romanda qalmqallı tarixin hansı qaranlıq məqamlarına aydınlıq gətirməyə çalışılıb? O dövr kifayət qədər mübahisəli məqamlarla zəngindi. Kitab tarixçilərdə hər hansı narazılıq yaratmayacaq ki?

Müəllif Moderator.az-a açıqlamasında oxucuların roman-triptix vasitəsilə bir çox tarixi gerçəkləri öyrənə biləcəyini qeyd edib:

“Roman sırf tarixi mənbələrə əsaslanır. Romanı yazmağa hazırlaşanda illərlə saysız-hesabsız mənbələrlə tanış olmuşam, salnamələri, xronikaları, məqalələri, bədii əsərləri oxumuşam. Məncə, narazılıq yaratmayacaq, çünki, Şah İsmayılla Sultan Bəyazid, Sultan Səlim, eləcə də Sultan Süleymanla Şah Təhmasib arasındakı münasibətlər, eləcə də Taclı Bəyimin taleyi həqiqətə söykənir. Əksinə, romanda Şah İsmayıl və Taclı Bəyimə diletant, bəzən də qərəzli münasibətə tutarlı cavab tapılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.